WikiLeaks nədir?

İdarəçi: Julian Assange
Quruluş: 2006
Web saytı: wikileaks.org
WikiLeaks qaynaqlarının gizliliyini qoruyaraq hakimiyyətlərin və digər təşkilatların həssas və çox məxfi bəlgələrini, sənədlərini yayımlayan İsveç mərkəzli beynəlxalq bir təşkilatdır.
WikiLeaks ‘in çinli müxalifətçilərlə yanaşı ABŞ, Tayvan, Avropa, Avstraliya və Cənubi Afrika olmaq üzərə dünyanın bir çox dövlət jurnalistləri, riyaziyyatçıları və başlanğıc səviyyəsi şirkət texnoloqları tərəfindən qurulan təşkilat tərəfindən hal-hazırda 800 könüllüsü olan bir qurumdur. Bu qurum jurnalist və internet aktivisti Julian Assange tərəfindən idarə olunur.
Bu insanların məqsədləri isə gizli sənədləri ictimaiyyət ilə paylaşmaqdır. "WikiLeaks"ə çatan məlumatlar mütəxəssislər tərəfindən tək-tək qiymətləndirilir. Çox gizli bəzi sənədlər, dedi-qodular yalnız sənəd xüsusiyyətində olanlar nəşr olunur. Nəşr olunan sənədlər "çox gizli" deyil, yalnız "gizli" sinifində yer alan sənədlərdir.

"WikiLeaks" əvvəlcə Amerikanın Əfqanıstan müharibəsi ilə bağlı 90 min sənəd nəşr etdi. Əfqanıstana aid məlumatların nəşr olunmasında günahkar bilinərək həbs olunan 22 yaşlı şəxs Ladi Dimdik hələ də həbsdədir. O, Bağdadda kəşfiyyat analizçisi olaraq tanınır. Saytın yaradıcısı Julian Paul Assange Pentaqon tərəfindən "Amerika Ordusuna təhdid" olaraq qiymətləndirilir.

Beləliklə, 2006-cı ildə Julianın növbəti layihəsi “WikiLeaks” işıq üzü görür. Bu layihə vasitəsi ilə guya anonim istifadəçilər gizli və məxfi sənədləri sayta yükləyib, internetdə bölüşürlər.