30.11.2010

Azərbaycanla bağlı 1569 sənəd yayılacaq

Dünyaca məşhur alman Spiegel jurnalının Wikileaks aid hazırladığı xəritəyə əsasən Azərbaycana aid 1569 bəlgə hələ açıqlanmayıb. Wikileaks-ın öz saytına əsasən isə ümumilikdə Azərbaycana aid 2036 bəlgə sənədi mövcuddur. Belə ki, sənədlərin 9-u çox gizli (Secret), 23-ü Məxfi sənədlər (Confidential) 10-u bəlli olmayan (Unclassified) bəglələrdən ibarətdir. Bildiyiniz kimi Azərbaycana aid olan bəlgələrin çox az qismi 2 gün öncə yayımlanmışdı. Wikileaks bildirdiyi məlumata əsasən gələcək bəlgələrdə video, audio və fotolar da öz əksini tapacaq.



Onu da xatırladaq ki, Ermənistana aid sənədlər Azərbaycana aid olan sənədlərdən çoxdur. Ermənistana ümumi 2122 bəlgə aiddir. Və gələcək günlərdə bu sənədlər də saytın ünvanında öz əksini tapacaq.

Hiç yorum yok:

Yorum Gönder