28.11.2010

İlham Əliyevin xanımı və İran seçkiləri

İlham Əliyev: "İrandakı seçkilər saxtalaşdırılıb!"

Prezident İlham Əliyev bildirib ki, Statoil İranı bizdən çox dəstəkləyir. İlham Əliyev İrana qarşı beynəlxalq təzyiqlərin birgə artırılmasını vurğulayır. Əliyev İranla əlaqələrini "gərgin və uğursuz" olaraq vurğulayıb. Həmçinin İranın Azərbaycana qarşı siyasi təxribatlarını da qeyd edir (Naxçıvandakı Aşura günlərini maddi dəstəkləmək, Xəzərin statusundakı dolanbac, Səhər TV-dəki hadisə və Bakıdakı qanlı dini hadisələri dəstəkləmək). 


İlham Əliyev Azərbaycanın fars dilində İranda da yayımlanacaq TV kanal açmaq niyyətində olduğunu dilə gətirib ki, əlbəttə cənub qonşumuzla münasibətlərimizə də bu təsir edəcək. Yenə eyni bəlgədə İlham Əliyev İrandakı seçkiləri "qorxunc saxtakarlıqlar" olaraq qeyd edib.


Mehriban Əliyeva haqqında

Bəlgədə İlham Əliyevin xanımı Mehriban Əliyevanın üzündə o qədər çox plastik əməliyyat aparılıb ki, onu görənlər qızlarından belə fərqləndirmirlər. Amma bu plastik əməliyyatlara görə üz cizgilərini çox çətin hərəkət etdirdiyi qeyd olunub.

İlham Əliyev: "Bloggerlər əfv oluna bilər."

Sonda İlham Əliyev: "Gənc aktivistlər (bloggerlər) amnistiya ilə azadlığa buraxıla bilər. Düşünürəm ki, bu mümkündür. heç kəsi incitmək niyyətində deyiləm" deyə vurğulayıb.

Hiç yorum yok:

Yorum Gönder