29.11.2010

Mehriban Əliyevanın Facebook səhifəsi qapadıldı

Wikileaks-ın dünən yayımlanan bəlgələrindən sonra Azərbaycanın birinci ledisi Mehriban Əliyevanın Facebookdakı fan səhifəsi qapadılıb. 15 mindən çox üzvü olan səhifənin qapanmasının çox güman ki, bəlgələrdə qeyd olunan aşağıdakı sitatdır:

İlham Əliyevin xanımı Mehriban Əliyevanın üzündə o qədər çox plastik əməliyyat aparılıb ki, onu görənlər qızlarından belə fərqləndirmirlər. Amma bu plastik əməliyyatlara görə üz cizgilərini çox çətin hərəkət etdirdiyi qeyd olunub.


 Fanat səhifəsinin keçidini qeyd edirik: http://www.facebook.com/pages/Mehriban-eliyeva/97383288495 Səhifədə Mehriban Əliyevaya aid 4 fotoalbom, 170 yaxın foto, 40-a yaxın keçid (link) və yüzlərcə şərh vardı.


Fan səhifənin məlumat bölməsində isə bunlar qeyd olunmuşdu: "Mehriban Arif qızı Əliyeva is a member of the National Assembly of Azerbaijan, wife of the current president of Azerbaijan Ilham Aliyev, UNESCO Goodwill Ambassador, chair of numerous charitable and cultural organizations."

Hiç yorum yok:

Yorum Gönder