Ötən axşam Wikileaks saytı Amerika diplomatiyasının Azərbaycana dair üç yeni məxfi sənədini açıqlayıb.
Sənədlərin birində Bakıda səfir vəzifəsini icra edən Donald Lu prezident İlham Əliyevi xarakterizə edərək onu Maykl və Sonni Korleone (“Xaç atası” romanındakı mafiozlar) qardaşları ilə müqayisə edib.
İlham Əliyevin fəaliyyətini təhlil edən diplomat qeyd edir ki, o, xarici və daxili siyasətdə tamamilə müxtəlif yanaşmalardan istifadə edir. Belə ki, xaricdən Qərblə inteqrasiya tərəfə addımlar atır, daxili siyasətdə isə addımlar daha avtoritar olur. Yanaşmalardakı bu cür ziddiyyətlər bəzilərinə Əliyevi Maykl və Sonni Korleone ilə müqayisə etməyə imkan verir.
Hər yerdə mövcud olan Heydər Əliyev isə Azərbaycan üçün Vito Korleonedir (mafioz klanın atası). Sənədin bölmələrinin başlıqları “Xaş atası”dakı frazalardan götürülüb.
“Bu, mənim ailəmdir, mən deyiləm”
İlham Əliyev atasından zəngin resursa malik dövləti mənimsəyib. O 2003-cü ildə seçkilərdə bu postu rəqabətsiz və debatlarsız, yaşı (41 yaş), “Pleyboy” obrazı, nailiyyətlərinin olmaması ilə əlaqədar liderliyə yararsız olması barədə şübhələrə baxmayaraq tutub. Lakin onun işə saldığı neft kəməri ölkənin rəsmi və qeyri-rəsmi xəzinəsini doldurur.
Prezident və onun tərəfdaşları dövlətin və özlərinin vəziyyətini qorumaq və müdafiə üçün sabitlik axtarışındadır. 2008-ci ildə yenidən seçildikdən sonra İlham Əliyev 2009-cu ilin martında referendum keçirdi və dövlət başçısının iki il müddətə seçillməsinə qoyulan məhdudiyyəti ləğv etdi.
Əliyev hökuməti demək olar ki, dəyişməyib. Baş nazirin rolu xeyli dərəcədə zəif və şərtidir. Qohumluq əlaqələri, dinastik münasibətlər, inhisar şəbəkəsinin hazırlanması və nəzarətlə əlaqədar Əliyev administrasiyası bəziləri tərəfindən “mütəşəkkil cinayətkarlıq” kimi qəbul olunur. Odur ki, bəzi analitiklər tədricən İlham Əliyevi mafioz lideri kimi qəbul edir.
“Hec vaxt öz düşmənlərinizə nifrət etməyin. Bu, sizin fikrinizə təsir göstərir”
Sonni və Maykl Korleone qardaşlarının xarakteri İlham Əliyevə və onun ölkədəki və xaricdəki siyasətinə uyğundur.
Maykl uğurla balanslaşdırır, öz hakimiyyətinin məhdudlaşdığını anlayır, başa düşür ku, baş verənlər şəxsi deyil, yalnız biznesdir. Sonni isə əksinə çılğındır, öz gücünə inanır və Korleone ailəsinin təhqir olunmasına reaksiya verir. Onun fikrincə, bisnes şəxsi xarakter daşıyır.
“Bu, biznesdir, şəxsi iş deyil” – balanslaşdırılmış xarici siyasət
İlham Əliyev öz atasından ağıllı, realist xarici siyasət mənimsəyib. Əsas məqsəd Azərbaycanın müstəqilliyinin və suverenliyinin saxlanması və möhkəmləndirilməsidir.
O, NATO-nu və avroatlantik siyasi qurumları regional təhlükəsizlik məsələsində iştiraka və Azərbaycan neft və qazının Rusiyadan yan keçməklə Qərbə tranziti siyasətini dəstəkləyir. Ancaq hərdən o, güclü qonşuları Rusiya və İran narahatlıqlarını bildirəndə sakit dayanır. Məsələn, Azərbaycan müntəzəm olaraq Rusiyanı Ermənistana silah göndərməkdə ittiham edir və Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsində nümayişkaranə şəkildə iştirak etmir.
Eyni zamanda Əliyev həmişə prezident Medvedyevlə öz münasibətlərini qabardır, tez-tez qeyri-rəsmi səfərlər edir, enerji məsələlərinə dair danışıqları davam etdirir, “Qazprom” ilə Dağıstana qaz nəqlinə dair kiçik, lakin rəmzi baxımdan mühüm sazişlər bağlayır.
Xarici siyasət sahəsində Əliyev bizneslə şəxsi məsələlər arasındakı fərqi saxlamağı bacarıb.
Odur ki, Azərbaycanın Ermənistanın işğal etmiş torpaqları güc yolu ilə azad etmək hüququna malikdir barədə bəyanatları lovğalıqdır. Əliyev nizamlanmanın baza prinsiplərinin hazırlanmasında Minsk Qrupu ilə konstruktiv işləyib, Ermənistan prezidenti Serj Sarkisyan ilə yaxşı münasibətləri olub.
Eyni hal Qarabağ münaqişəsi nizamlanmadan əvvəl Türkiyə ilə Ermənistanın yaxınlaşması məsələsinə də aiddir. Bununla bağlı tənqidlərə baxmayaraq, Əliyev ARDNŞ-ə Türkiyəyə neft tranziti və nəqlinə dair danışıqları davam etdirməyi tapşırıb və Bakıda heç kim BTC ilə neft ixracının azaldılması məsələsinə baxmağa cürət etməyib. Qaz tranzitinə dair danışıqlar ağır gedir, lakin Əliyev şübhəsiz ki, etiraf edir ki, Azərbaycan Türkiyə ilə münasibətləri poza bilməz və heç bunu istəmir də.
“Bir də bacıma toxunsan, səni öldürərəm”
Xarici siyasətdən fəqrli olaraq, Əliyev hesab edir ki, onun daxili siyasəti başqa məsələdir. Əsasən o, özü və ailəsinə dair hər şeyi çağırış və ya təhqir hesab edir. O və əhatəsi ölkənin demokratik inkişafına və Qərblə münasibətlərin zərərinə olsa belə ən xırda məsələlərə reaksiya verirlər. Məsələn, gənc blogerlər Emin Millinin və Adnan Hacızadənin işi bu cür qisasa misaldır.
O, “Azadlıq” radiosunun onun dünyada ən böyük bayrağın qurulması barədə planlarına güldüyü üçün öz hiddətini bildirib.
Heydər Əliyev belə şeyləri heç zaman özünə rəva bilməzdi. Odur ki, burada jurnalistlər də daxil olmaqla, bir çoxları 90-cı illərin əvvəllərini nostalji hislərlə xatırlayır.
“Mən hiss eləmirəm ki, onların hamısın məhv eləməliyəm, sadəcə, onlar mənim düşmənlərimdir”
Əliyev öz siyasi məhşurluğuna ən minumum təhdidi belə aradan qaldırmaq üçün tədbirlər görür. Onun məqsədi siyasi vəziyyətdir. Məhz bu məqsədlə də 2009-cu ildə tələsik mart referendumu keçirilib və iki illik prezident müddətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Bu, varislik hüququna iddia edənlərin, o cümlədən prezidentin xanımının (Azərbaycan siyasətində ərinin rəqibi kimi baxılır) ümidlərini puç elədi.
Yaxşı kostyumlarda olan və ingilis dilini bilən, eyni zamanda daxili problemlərlə bağlı xoşagəlməz həqiqətlərə malik Əliyev qərbli qonaqlar üçün kosmopolit obraz yaradanda xarici siyasətdə onun ağıllı yanaşmalarında dissonans yaranır. Sual yaranır ki, reallıqda bunlar necə mövcud olur?
Bunun izahlarından biri odur ki, Əliyev öz daxili siyasətinin təhlükəsiz olmadığını hesab edir və öz atasının administrasiyasının rəhbəri Ramiz Mehdiyev də daxil olmaqla, köhnə qvardiyaya arxalanır.
Bəzən də özünə inamlı Əliyev tamam başqa bir adama çevrilir. Buna misal olaraq QHT haqqında qanunun sərtləşdirilməsi haqda təşəbbüslərin ləğvini göstərmək olar.
“Dostlarını yaxında, düşmənlərini isə daha da yaxında saxla”
Diplomat öz şərhində yazır ki, Azərbaycan daxili siyasətini də xarici siyasət kimi aparsaydı, bu, ABŞ-ın siyasətinə daha uyğun olardı. Tammiqyaslı demokratik islahatlar az ağlabatandır və bu regiondakı prezidentlər çox zaman öz postlarını könüllü olaraq tərk edirlər.
Azərbaycanda konsilyeri (klan başçısının müşaviri) rolunu çoxdan Ramiz Mehdiyev oynayır və biz həqiqətən də əmrlərin çoxunun İlham Əliyevdən gəlib-gəlmədiyini bilmirik. Biz jurnalistlərin həbsində, müxalifət liderlərinin boğulmasında, məscidlərin bağlanmasında, KİV-in məhdudlaşdırılmasında və ümumilikdə idarəetmədə Mehdiyevin “barmaq izlərini” görürük.
Kukla yoxsa kukla oynadan?
71 yaşında olan adamların səhhəti zəif olur. Hərçənd ki, bəzi istisnalar da olur. 41 yaşlı İlham Əliyev bundan sonra ölkəni konsilyerisiz də idarə bilər. Onun Mehdiyevi kiminlə əvəz edəcəyi isə məlum deyil, Donald qeyd edir.

Hiç yorum yok:
Yorum Gönder