"Wikileaks" saytı Azərbaycanda biznes mühitin problemləri və rüşvətxorluqdan bəhs edən daha bir neçə diplomatik teleqram yayıb. Saytın iddiasına görə bunlar 2008-ci ildə ABŞ-ın Bakıdakı səfirliyindən Vaşinqtona göndərilən teleqramlardır.
Həmin teleqramlardan birində qeyd edilir ki, iyunun 26-ı və 27-də ABŞ-ın İqtisadi və Biznes məsələləri üzrə Xüsusi Nümayəndəsi Frank Mermoudun Bakıya səfəri zamanı bir neçə biznes sahibi, beynəlxalq maliyyə qurumunun nümayəndəsi və o cümlədən də Coca-Cola şirkətinin təmsilçiləri ilə görüşüb.
