26.08.2011

Həbs olunmuş redaktora qarşı yeni ittihamlar


ISTINAD NÖMRƏSİ: 07BAKU904
YARADILMIŞDIR: 2007-07-18 09:00
AÇIQLANMIŞDIR: 2011-08-24 01:00
TƏSNİFAT: Təsnif olunmamış/yalnız rəsmi istifadə üçün
MƏNBƏ: Səfirlik, Bakı

MÖVZU: HƏBS OLUNMUŞ REDAKTORA QARŞI ƏLAVƏ İTTİHAMLAR İRƏLİ SÜRÜLÜB

İSTİNAD: BAKI 186

HƏBS OLUNMUŞ REDAKTORA QARŞI YENİ İTTİHAMLAR

B1. İyulun 4-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) həbs olunmuş jurnaist Eynulla Fətullayevə qarşı Realniy Azerbaydjan qəzetində çap olunmuş “Əliyevlər Müharibəyə gedir” adlı məqalə ilə bağlı daha iki ittiham sürdü. MTN Fətullayevi milli, etnik və dini düşmənçiliyin salınması (CM maddə 214.1) və terrorla hədələmək (CM maddə 283.2) maddələri ilə ittiham etdi. (QEYD: Fətullayev aprel ayında qondarma ittihamlarla həbs olunub, istinad teleqram. Fətullayev rus dilində nəşr olunan həftəlik Realniy Azerbaydjan və azərbaycan dilində gündəlik nəşr olunan Gündəlik Azərbaycan qəzetlərinin redaktoru idi. Yerli hakimiyyət hər iki qəzetin heyətini mayın 21-də ofislərindən çıxardı. Səbəb kimi yerli təhlükəsizlik qaydalarının pozulması göstərildi. Hakimiyyət həmçinin mülkdəki kompüterləri müsadirə etdi. QEYDİN SONU).Mətbuatın yazdığına görə, MTN həmçinin Gündəlik Azərbaycan qəzetinin 3 redaktorunu qəzetin maliyyələşdirilməsi, satışı və Realnıy Azerbaidjan qəzeti ilə əlaqələri barədə sorğuladı.Fətullayev hələ də MTN-in təcridaxanasında saxlanılır. Vəkili İsaxan Aşurovun məlumatına görə, burada o, son ittihamlarla bağlı suallara cavab verməkdən imtina edir.

B2. İttihamlara səbəb olan məqalə Realniy Azerbaydjan qəzetində mart ayında yerli journalist Rövşən Bağırov tərəfindən hazırlanmışdır. Məqalədə Azərbaycanın İranda ABŞ-ın hərbi əməliyyatını dəstəkləyəcəyi şəkildə İranın Azərbaycanda vura biləcəyi hədəfərin siyahısını təqdim etmişdi. Məqalədə Azərbaycan hökuməti BMTTŞ-nın 1747 saylı qətnaməsini dəstəklədiyi üçün tənqid olunur və iddia edilir ki bu dəstək İranın cavab riskini artırır.

YENİ İTTİHAMLARA REAKSİYA
-----------------------------------------
B3. MTN sözcüsü Arif Babayev iyulun 4-də ittihamları təsdiq etsə də,MTN məqalənin terror və milli, etnik, və ya dini düşmənçiliyin salınması ilə necə əlaqələndirildiyini izah edə bilmədi. Hələ ki ittihamlarla bağlı Azərbaycan hökumətinin mövqeyi ən aydın şəkildə Baş Prokuror Zakir Qaralov tərəfindən səsləndirilmişdir. Mayın 31-də Qaralov bəyan etmişdir ki Realniy Azerbaydjanin vebsaytında dövlət müəssisələrinin ünvanlarının siyahısı verilmiş və qeyd edilmişdir ki, bu müəssisələr İran tərəfindən hüucma məruz qala bilər.

B4. Realniy Azerbaydjan qəzetinin əvəzedici redaktoru Çingiz Sultansoy bildirib ki, yeni ittihamlar jurnalistləri çaşqınlığa salıb. “Biz jurnalistik, biz dinc insanlarıq. Redaktorlar və jurnalistlər başa düşə bilmirlər ki, jurnalistlər necə terror hədəsi yarada bilirlər?” deyə Sultansoy bildirib. Müxalifət liderləri bu təqibi tənqidi mətbuatın susdurulmasına yönəldilmiş hökumət kampaniyasının bir hissəsi hesab etdiklərini bəyan ediblər.

Şərh
---------
B5. Fətullayevə qarşı sürülən ittihamların yeni mərhələsi Azərbaycan Hökumətinin jurnalistləri qorxutmaq və təzyiq göstərmək məqsədi daşıyan addımlarının bir nümunəsidir. Biz bu məsələ ilə bağlı Azəbaycan hökuməti ilə ən yüksək səviyyədə danışıqlar aparmağa davam edirik. Ümid edirik ki Demokratiya, İnsan Hüquqları və Əmək məsələləri üzrə Köməkçi Katib Lovenkron ilə Xarici İşlər Naziri Məmmədyarov arasındakı görüş bu məsələ barədə narahatlığımızı bildirmək üçün daha bir imkan olacaq.

Tərcümə etdi: İsmayıl Cəbrayılov

Hiç yorum yok:

Yorum Gönder