azerbaycan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
azerbaycan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

9.09.2011

İlham Əliyev Saakaşvilini Şimali Koreya diktatoruna bənzədib


Əliyevin daha bir məxfi görüşünün təfərrüatı açıqlandı
Müxtəlif ölkələrdə çalışan ABŞ diplomatlarının Vaşinqtona ünvanladığı hesabat xarakterli məxfi məktublarını açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yayımladığı sənədlərin dərcini davam etdiririk. Həmin sənədlərdən biri ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin 2007-ci il noyabrın 13-də “mərkəz”ə göndərdiyi məxfi teleqramında Azərbaycana gəlmiş ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Daniel Fridin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşünün detalları öz əksini tapıb.

8.09.2011

İlham Əliyev: “Bura Azərbaycandır, Avropa deyil”

“WikiLeaks” saytı tərəfindən açıqlanan ABŞ səfiri Enn Dersin teleqramlarından biri 2007-ci ildə həbs olunmuş jurnalistlərin taleyindən bəhs edir. Səfir bu mövzunu iyulun 27-də dövlət başçısı İlham Əliyevlə müzakirə edib.

Səfir növbəti dəfə jurnalistlərin həbsi və onlara qarşı zorakılıq faktlarının araşdırılmaması ilə bağlı beynəlxalq birliyin narahatlığını diqqətə çatdırıb. İ.Əliyev buna birmənalı cavab verərək “beynəlxalq təzyiqlərin qarşısında əyilmədiyinə” işarə edib. Eyni zamanda o, açıq şəkildə qeyd edib ki, əgər jurnalistlər ondan əfv olunmalarını xahiş etsələr, o, öz “səxavətini” göstərər.

“Azadlıq” və ANS-lə bağlı şok faktlar

Enn Dersi XIN başçısına deyib ki, problem həllini tapmasa, ikitərəfli münasibətlər sual altına düşəcək

Elmar Məmmədyarov ABŞ səfirilə görüşdə baş verənləri məmur axmaqlığının nəticəsi adlandırıb

Bu günlərdə “WikiLeaks” saytında açıqlanmış materiallar arasında ABŞ-ın Bakıdakı səfiri Enn Dersinin 2006-cı ilin noyabrında “Azadlıq” qəzeti redaksiyasının köçürülməsi və ANS telekanalının bağlanması barədə məlumat da var. Səfir bütün bunların necə baş verdiyini və noyabrın 24-də Ilham Əliyevlə söhbətini ətraflı təsvir edir. O zaman məlum olub ki, Milli Televiziya və Yayım Şurası noyabrın 25-dən ANS telekanalının bağlanması barədə qərar qəbul edib.

7.09.2011

“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər

ABŞ diplomatları Mehriban Əliyevanın hakimiyyət iddiası və Ilham Əliyevin buna reaksiyası haqda nələr yazıb?

Ölkə başçısı rusiyalı və iranlı həmkarlarına daha hansı epitetlər deyib? 

ABŞ diplomatlarının məxfi teleqramlarını açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yayımladığı yeni sənədlərdə ölkəmizdə baş verən ictimai-siyasi hadisələr, hakimiyyətdaxili proseslər, hakim ailənin sirləri haqda geniş məlumatlar yer alıb. ABŞ-ın ölkəmizdəki o zamankı səfiri Enn Dersinin 2008-ci il fevralın 4-də Vaşinqtona ünvanladığı məxfi məktubda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ABŞ Konqresinin üzvləri ilə keçirdiyi görüşün pərdəarxası məqamları öz əksini tapıb. Diplomat Mehriban Əliyevanın siyasi lider kimi təqdim olunması istiqamətində Azərbaycan hakimiyyətinin gördüyü işlərdən bəhs edib.

5.09.2011

Azərbaycana dair yeni məxfi sənədlər


İlham Əliyev Metyu Brayza ilə görüşündə “Azadlıq” radiosunu niyə bağlamasından danışıb: “Onlar müxalifətçiləri işə götürür, büronun rəhbəri Xədicə İsmayılova fəal müxalifətçidir və hakimiyyəti düşmən hesab edir”
“Ərdoğan bu qrup üzvlərinin azadlığa buraxılmasını xahiş edəndə Əliyev öz adamlarını, çox güman ki, MTN əməkdaşlarını Türkiyəyə göndərib və həmin videonun surətini Ərdoğana göstərib”

İlham Əliyevin İranla bağlı düşüncələri

Əliyev Əhmədinejada beynəlxalq arenadakı çıxışlarının “faydasız həyəcanlandırıcı” olduğunu dediyini, cavabında isə İran prezidentinin “Sən xoşbəxt olmalısan, mənim sözlərimə görə neftin qiyməti qalxır”-cavabını verdiyini deyib

“İrana qarşı hərbi əməliyyatlar Azərbaycan üçün faciə ilə nəticələnəcək”. “Qafqazinfo”nun məlumatına görə, WikiLeaksdə yayımlanan diplomatik sənəddə prezident İlham Əliyev amerikalı diplomatlarla görüşündə bu sözləri dediyi qeyd olunub. 2007-ci il 11 aprel tarixində səfir Enn Dersin adından göndərilən sənəddə deyilir ki, səfir Enn Ders və Nümayəndələr Palatasının üzvü Piter Xoekstra ilə görüşdə Əliyev Azərbaycanın “unikal geosiyasi vəziyyətdə, iki keçmiş müstəmləkəçi –İran və Rusiyanın arasında sıxılmış halda olduğunu bildirib. Əliyevin sözlərinə görə, Azərbaycan 1992-ci ildə müstəqilliyini elan etdikdən sonra İranın Azərbaycana təsiri sürətlə artmağa başlayıb ki, bu da İran tərəfindən qəsdən teokratik milliyyətçiliyin ixracı ilə nəticələnib.

4.09.2011

Əliyev İranı “vəhşi heyvan”a bənzədib

«WikiLeaks»dən Azərbaycan rəhbərinə növbəti «atəş»
“WikiLeaks” saytında ABŞ-ın ölkəmizdəki səfiri olmuş Enn Dersinin 2007-ci il fevralın 21-də Vaşinqtona ünvanladığı məxfi teleqramı yayılıb. Sənəddə Azərbaycan rəhbəri Ilham Əliyevin Ümumdünya Iqtisadi Forumunun keçirildiyi Isveçrədə Israilin xarici işlər naziri Tsipi Livni ilə görüşünün pərdəarxası məqamları öz əksini tapıb.

Litva prezidenti İlham Əliyevin bağındakı təmtəraqdan dəhşətə gəlib


Amerika diplomatlarının növbəti məxfi yazışmaları (250 min sənəd) İnternetə düşüb. Elan edilmiş materiallar arasında Bakıdakı səfirlikdən göndərilən çox sayda məxfi məktub var.
Belə ki, 29 iyun 2007-ci ildə səfirin müavini Donald Lu Dövlət Departamentinə İlham Əliyevin Bakı yaxınlığındakı Mərdəkan qəsəbəsindəki villasında GUAM ölkələrinin liderləri üçün verdiyi nahar haqqında məxfi hesabat göndərib. Qonaqlar arasında Gürcüstan prezidenti və həyat yoldaşı, Ukrayna prezidenti, Moldova prezidenti, Litva prezidenti Adamkus, Bolqarıstanın vitse-prezidenti, habelə bir çox digər rəsmilər, o cümlədən ABŞ dövlət katibinin köməkçisi Devid Kramer olub.

29.08.2011

WikiLeaks saytı Azərbaycanla əlaqədar yeni sənədlər yayıb.


WikiLeaks saytı Azərbaycanla əlaqədar yeni sənədlər yayıb. Sənədlər bu dəfə daha çox 2006-cı ildəki Amerika məxfi diplomatik teleqramlarından ibarətdir.


Açıqlanan teleqramlar ABŞ-ın Azərbaycandakı o zamankı səfiri Rino Harniş və diplomatik missiyanın müşavirləri tərəfindən Vaşinqtona göndərilib. Sənədlərin çoxu “MƏXFİ” qriflidir, digərlərinin isə sadəcə ictimaiyyətə açıq olmaması qeyd olunur.

26.08.2011

Həbs olunmuş redaktora qarşı yeni ittihamlar


ISTINAD NÖMRƏSİ: 07BAKU904
YARADILMIŞDIR: 2007-07-18 09:00
AÇIQLANMIŞDIR: 2011-08-24 01:00
TƏSNİFAT: Təsnif olunmamış/yalnız rəsmi istifadə üçün
MƏNBƏ: Səfirlik, Bakı

MÖVZU: HƏBS OLUNMUŞ REDAKTORA QARŞI ƏLAVƏ İTTİHAMLAR İRƏLİ SÜRÜLÜB

İSTİNAD: BAKI 186

HƏBS OLUNMUŞ REDAKTORA QARŞI YENİ İTTİHAMLAR

25.08.2011

“WikiLeaks”in Azərbaycan müxalifəti ilə bağlı sənədlər

Müxalifət liderləri ABŞ səfiri ilə nələri müzakirə edib?
Rino Harniş: “Kərimli dedi ki, Azərbaycanın demokratikləşməsinə nail olmaq başqalarının yox, məhz azərbaycanlıların işidir”
Səfir teleqramın girişində bildirir ki, fevralın ortalarında üç müxalifət lideri ilə ayrı-ayrılıqda görüşü zamanı partiyaların gələcək fəaliyyəti və həmin il keçiriləcək seçkilərlə bağlı onların strategiyası müzakirə olunub. “Müzakirələr zamanı “Azadlıq” blokunun həmtəsisçisi, may ayında baş tutacaq əlavə seçkiləri (Müsavat partiyası istisna olmaqla) boykot etmək barədə qərar vermiş AXCP sədri Əli Kərimli fəal mübarizənin tərəfdarı olduğunu, o cümlədən Azərbaycanın inkişafı baxımından önəmli sayılan problemlər və onların həlli ətrafında cəmiyyətin bütün təbəqələrinin yaxından iştirakı ilə müzakirələrin aparılmasını dəstəklədiyini bildirdi. Əli Kərimli, həmçinin beynəlxalq təşkilatların Azərbaycanda demokratiyanın bütün istiqamətlər üzrə inkişafı naminə hakimiyyətə təzyiqlərini artırmasının vacib olduğunu vurğuladı.

17.02.2011

Wikileaks Azərbaycan-İsrail münasibətləri haqqında

Wikileaks saytı ABŞ-ın Bakıdakı səfirliyinin diplomatlarının növbəti məxfi teleqramını dərc edib. Bu, 1 yanvar 2009-cu il tarixli Azərbaycan-İsrail əlaqələrinə aid sənəddir.
Sənədin xülasəsində qeyd edilir ki, hər iki ölkə bir-birinin geosiyasi problemlərinə anlayış göstərir və İrana öz təhlükəsizlikləri üçün real təhlükə kimi baxır.
Qarabağ münaqişəsinə görə Rusiya, Avropa və ABŞ-ın Azərbaycanın hərbi tələbatlarına çox vaxt məhəl qoymadığı halda, İsrailin dünya standartlarına cavab verən hərbi-sənaye kompleksi ölkənin maraq obyektidir.

18.12.2010

BP-Azərbaycan münasibətləri barədə 12 teleqram

«Wikileaks» BP-Azərbaycan münasibətləri barədə 12 teleqramı açıqlayıb. Həmin teleqramlarda BP və Azərbaycan arasında bir sıra mübahisələr diqqəti çəkir. 

DƏNİZDƏKİ PLATFORMALARIN TƏHLÜKƏSİZLİYİ

9 iyul 2007. Anne Derse yazır ki, «BP-Azərbaycan»ın rəsmiləri offşor platformalardan birinin təhlükəsizliyindən narahat olduqlarını dəfələrlə ABŞ nümayəndələrinin diqqətinə çatdırıblar. «BP-Azərbaycan»ın Prezidenti Bill Schrader deyib ki, həmin platformanı yox etmək üçün qumbaraatanı olan bir nəfər, və ya adi qayıqda 6 nəfər bəs edər. Səfir Derse bildirir ki, onlar ciddi şəkildə Dövlət Departamentinə tövsiyə edirlər ki, yataqların qorunması üçün Azərbaycan tərəfinə kömək etsinlər. 

Məxfi sənəddəki platformaların adları və zəif tərəfləri açıqlanmayıb. Sonrakı teleqramlarda BP-nin bu problemin həlli üçün Azərbaycana xüsusi radar əldə etməsi qeyd olunur. 

16.12.2010

WikiLeaks Azərbaycan və BP əlaqələrindən yazır

Wikileaks: Azərbaycan BP-ni qışda qaz qıt olanda onu “yumşaq şantaj etməkdə” suçlayır

Prezident İlham Əliyev Səfirlə görüşündə düşünərək əlavə edib ki, “biz Türkiyəyə qaz təchizatını kəsə bilərdik, əgər lazım gəlsəydi.”

5 dekabr, 2006-cı il, 15:44

Səfir Anne E.Derse tərəfindən məxfiləşdirilib

2. Giriş: Prezident Əliyev dekabrın 5-də Səfirə (teleqram boyu işlənmiş Səfir ifadəsi - Anne Derse nəzərdə tutulur -red.) dedi ki, dekabrın 8-də Tbilisidə enerji nazirlərinin üçtərəfli görüşündən gözləntisi budur ki, Türkiyənin Gürcüstana qışda qaz verib-verməyəcəyinə aydınlıq gətirilsin.” Onun sözlərinə görə, Azərbaycan dekabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə, üstəgəl BP və Statoil-un görüşünü təşkil edəcək. Əliyev BP-ni kommersiya məsələlərini mövcud qaz problemlərinə bağlamaqda suçlayıb. Prezident deyib ki, Rusiya Baş Naziri Fradkovun Bakıya səfəri zamanı Azərbaycanın Rusiya ilə qaz danışıqlarında heç nə dəyişməyib. Girişin sonu.
3. Dekabrın 5-də Səfir Prezident Əliyevlə görüşüb, enerji və mətbuat azadlığı məsələlərini müzakirə edib.

13.12.2010

Birinci Ledinin ailəsi

WikiLeaks: Azərbaycanda kimin nəyi var?

27 yanvar, 2010, 13:10 

MƏXFİLƏŞDİRİLİB: Müvəqqəti işlər vəkili Donald Lu tərəfindən

1. Giriş. Bu teleqram Azərbaycanda həm siyasi, həm də iqtisadi baxımdan ən güclü ailələr barədə birincisidir. Bu girişdə biz birinci ledi Mehriban Əliyeva (Mehriban Paşayeva) və onun əmisi, Azərbaycanın ABŞ-da keçmiş səfiri, hazırda xarici işlər nazirinin müavini Hafiz Paşayev barədə danışırıq. Mehriban Əliyeva təkcə Prezidentin xanımı deyil, həm də parlament üzvüdür. XXXXXXXXX Paşayevlər ailəsinin digər üzvləri hökumətdə və akademiyada güclü mövqelər tutur, enerji sektorundan kənarda güclü biznes qrupları ilə əlaqələri var. Məlumatlara görə, Paşayevlər Bakının sürətlə genişlənən tikinti/daşınmaz əmlak bazarını idarə edir, maliyyə, telekommunikasiya sektorlarında sərmayələri var. Girişin sonu. 

9.12.2010

Kəmaləddin Heydərov bəlgələri (tam mətn)

Çərşənbə axşamı. 25 fevral 2010. 05:18

MƏXFİ SEKSİYA 01/04 BAKI

MÖVZU: AZƏRBAYCANDA KİMİN NƏYİ VAR. 2-Cİ DOSYE. FÖVQƏLADA HALLAR NAZİRİ. AĞ BALIQ KÜRÜSÜ VƏ MEYVƏ ŞİRƏSİ

MƏXFİLƏŞDİRİLİB: Müvəqqəti işlər vəkili Donald Lu tərəfindən

1. GİRİŞ: Bu depeşa siyasi və iqtisadi qüdrət nöqteyi-nəzərindən Azərbaycanın ən nüfuzlu ailələri haqda məlumatlar silsiləsindən ikincisidir. Bu gönədrişdə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və onun ailəsinin təsviri verilir.

Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq

Wikileaks saytının dərc etdiyi növbəti məxfi sənədlərdən biri Azərbaycanla İsrail arasında hərbi əməkdaşlığa aiddir. Teleqram 2009-cu il 13 yanvar tarixlidir. Sənədin xülasəsində deyilir ki, Azərbaycanla İsrailin münasibətlərində oxşar geosiyasi çətinliklər var və onlar hər biri İrana öz xarici təhlükəsizliyinə təhdid kimi baxır. Birinci dərəcəli hərbi sənayeyə malik və öz müştərilərinə qarşı yumşaq tələbləri olan İsrail müdafiə ehtiyacları ABŞ, Avropa və Rusiya tərəfindən qənaətbəxş sayılmayan Azərbaycan üçün ideal tərəfdaşdır. Bu, müxtəlif səbəblərdən, əsasən Ermənistan ilə münaqişə və Dağlıq Qarabağ hadisələri ilə əlaqədar baş verir.

4.12.2010

WikiLeaks Kəmaləddin Heydərov haqqında

Dekabrın 3-də axşam ABŞ-ın Bakıdakı səfirinin müavini Donald Lu Azərbaycan haqqında növbəti məxfi məlumatı açıqlayıb. Bu dəfə diplomat Dövlət Departamentinə müraciətində oliqarxlardan biri, FHN rəhbəri Kəmaləddin Heydərovdan bəhs edir. Sənəd 2010-cu il fevralın 24-də göndərilib. 
     Məktubun xülasəsində deyilir ki, iqtisadi və siyasi qüvvələr baxımından Heydərovlar ailəsi Azərbaycanda Paşayevlər ailəsindən sonra ikinci ailədir. 
     Heydərov əvvəllər Dövlət Gömrük Komitəsinin (Azərbaycanda korrupsiyaya uğramış qurumlardan biri) sədri olub. 
     Heydərovlar ailəsi meyvə şirələrinin istehsalından tutmuş daşınmaz əmlakın idarə olunmasına kimi nəhəng işgüzar imperiyaya nəzarət edir. 

3.12.2010

Yeni sənədlərdə Paşayevlər ailəsindən yazır

"Azərbaycanın ən varlı ailələrinin önündə Paşayevlər dayanır. Ölkənin birnci xanımı Mehriban Əliyeva həmin ailənin üzvüdür, prezidentin xanımıdır. Paşayevlərin nəhəng "Paşa Hopldinq"i Azərbaycanda 10 aparıcı banka nəzarət edir. Həmin holdinq Bakıda ilk olaraq bahalı "Bentli" avtomobil salonunu açıb, bu maşınların Azərbaycana gətirilməsi və satışıyla məşğuldurlar. Bundan başqa onlar paytaxtın ən məşhur mehmanxalarından birinin tikintisini həyata keçirən "Paşa inşaat" tikinti şirkətinə sahibdirlər. Azərbaycanın aparıcı televiziyaları Paşayevlər ailəsinin nəzarətindədir. Bu ailə mobil telefon operatorlarından birini və müasir texnologiya sahəsini inhisara götürüb. Paşayevlər rus dilində Azarbəycan dilindən yaxşı danışır. Maraqlarında olan nazirlik və qurumlar üzərində mütləq hakimiyyətləri mövcuddur", - deyə ABŞ diplomatlarının Vaşinqtona göndərdiyi məxfi məktubda vurğulanır.

Mənbə: ispaniyanın EL Pais qəzeti

Fövqəlnazir Kəmaləddin Heydərovdan yazırlar

“Wikileaks” saytı tərəfindən yayılan məxfi sənədlər arasında Azərbaycana dair daha bir şok məlumatlar üzə çıxıb. İspaniyanın “El Pais” qəzeti tərəfindən yayılan sənədə görə, Bakıdakı Amerika diplomatları Azərbaycanın ən varlı ailələrinin dosyesini hazırlayaraq Vaşinqtona göndərib. Bu dosyelərdən biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlıdır. Bildirilir ki, gömrük xidmətinin keçmiş rəisi olan Kəmaləddin Heydərovun ailəsi Azərbaycanda ikinci ən zəngin ailədir. Onun atası Fəttah Heydərov partiya rəhbəri olub və uzun müddət Naxçıvanda işləyib. “Heydərovlar ailəsinin özəl “Airbus 319” təyyarəsi var, lakin onun iki oğlu-Tale və Nicat da hər biri özlərinə dəyəri 20 milyon dollar olan “Gulfstream” təyyarəsi almaq istəyirlər. Onların sərvətlərinin mənbəyi barədə soruşanda Heydərovlar deyir ki, bu sərvətlər malik olduqları böyük biznes imperiyasından-qablaşdırıcı firmalardan, tikinti materialları istehsal edən zavodlardan, kimyəvi məhsulların istehsalından, tekstil məmulatlarının, kompakt-disklərin, videodisklərin, süd məhsullarının, dəri məmulatlarının satışından və digər sahələrdən qaynaqlanır.