aliyev ilham etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
aliyev ilham etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

9.09.2011

İlham Əliyev Saakaşvilini Şimali Koreya diktatoruna bənzədib


Əliyevin daha bir məxfi görüşünün təfərrüatı açıqlandı
Müxtəlif ölkələrdə çalışan ABŞ diplomatlarının Vaşinqtona ünvanladığı hesabat xarakterli məxfi məktublarını açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yayımladığı sənədlərin dərcini davam etdiririk. Həmin sənədlərdən biri ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin 2007-ci il noyabrın 13-də “mərkəz”ə göndərdiyi məxfi teleqramında Azərbaycana gəlmiş ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Daniel Fridin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşünün detalları öz əksini tapıb.

8.09.2011

İlham Əliyev: “Bura Azərbaycandır, Avropa deyil”

“WikiLeaks” saytı tərəfindən açıqlanan ABŞ səfiri Enn Dersin teleqramlarından biri 2007-ci ildə həbs olunmuş jurnalistlərin taleyindən bəhs edir. Səfir bu mövzunu iyulun 27-də dövlət başçısı İlham Əliyevlə müzakirə edib.

Səfir növbəti dəfə jurnalistlərin həbsi və onlara qarşı zorakılıq faktlarının araşdırılmaması ilə bağlı beynəlxalq birliyin narahatlığını diqqətə çatdırıb. İ.Əliyev buna birmənalı cavab verərək “beynəlxalq təzyiqlərin qarşısında əyilmədiyinə” işarə edib. Eyni zamanda o, açıq şəkildə qeyd edib ki, əgər jurnalistlər ondan əfv olunmalarını xahiş etsələr, o, öz “səxavətini” göstərər.

7.09.2011

“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər

ABŞ diplomatları Mehriban Əliyevanın hakimiyyət iddiası və Ilham Əliyevin buna reaksiyası haqda nələr yazıb?

Ölkə başçısı rusiyalı və iranlı həmkarlarına daha hansı epitetlər deyib? 

ABŞ diplomatlarının məxfi teleqramlarını açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yayımladığı yeni sənədlərdə ölkəmizdə baş verən ictimai-siyasi hadisələr, hakimiyyətdaxili proseslər, hakim ailənin sirləri haqda geniş məlumatlar yer alıb. ABŞ-ın ölkəmizdəki o zamankı səfiri Enn Dersinin 2008-ci il fevralın 4-də Vaşinqtona ünvanladığı məxfi məktubda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ABŞ Konqresinin üzvləri ilə keçirdiyi görüşün pərdəarxası məqamları öz əksini tapıb. Diplomat Mehriban Əliyevanın siyasi lider kimi təqdim olunması istiqamətində Azərbaycan hakimiyyətinin gördüyü işlərdən bəhs edib.

5.09.2011

Azərbaycana dair yeni məxfi sənədlər


İlham Əliyev Metyu Brayza ilə görüşündə “Azadlıq” radiosunu niyə bağlamasından danışıb: “Onlar müxalifətçiləri işə götürür, büronun rəhbəri Xədicə İsmayılova fəal müxalifətçidir və hakimiyyəti düşmən hesab edir”
“Ərdoğan bu qrup üzvlərinin azadlığa buraxılmasını xahiş edəndə Əliyev öz adamlarını, çox güman ki, MTN əməkdaşlarını Türkiyəyə göndərib və həmin videonun surətini Ərdoğana göstərib”

İlham Əliyevin xaricilərlə gizli danışıqları


WikiLeaks saytı ötən il ələ keçirdiyi 250 mindən çox Amerika məxfi diplomatik teleqramlarının indiyədək açıqlanmamış hissəsinin hamısını heç bir redaktəyə məruz qoymadan sayta yerləşdirib. Bununla da Amerikanın Azərbayan da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən apardığı məxfi diplomatik yazışmalar, bu yazışmalardakı sirlər üzə çıxıb. Wikileaks saytının məlumatına görə, hazırda saytda amerikalı diplomatların 251287 redaktə olunmamış məktubu sentyabrın 3-də internetə yerləşdirilib. Sənədlərdə informasiya mənbələrinin adları açıqlanır.

İlham Əliyevin İranla bağlı düşüncələri

Əliyev Əhmədinejada beynəlxalq arenadakı çıxışlarının “faydasız həyəcanlandırıcı” olduğunu dediyini, cavabında isə İran prezidentinin “Sən xoşbəxt olmalısan, mənim sözlərimə görə neftin qiyməti qalxır”-cavabını verdiyini deyib

“İrana qarşı hərbi əməliyyatlar Azərbaycan üçün faciə ilə nəticələnəcək”. “Qafqazinfo”nun məlumatına görə, WikiLeaksdə yayımlanan diplomatik sənəddə prezident İlham Əliyev amerikalı diplomatlarla görüşündə bu sözləri dediyi qeyd olunub. 2007-ci il 11 aprel tarixində səfir Enn Dersin adından göndərilən sənəddə deyilir ki, səfir Enn Ders və Nümayəndələr Palatasının üzvü Piter Xoekstra ilə görüşdə Əliyev Azərbaycanın “unikal geosiyasi vəziyyətdə, iki keçmiş müstəmləkəçi –İran və Rusiyanın arasında sıxılmış halda olduğunu bildirib. Əliyevin sözlərinə görə, Azərbaycan 1992-ci ildə müstəqilliyini elan etdikdən sonra İranın Azərbaycana təsiri sürətlə artmağa başlayıb ki, bu da İran tərəfindən qəsdən teokratik milliyyətçiliyin ixracı ilə nəticələnib.