4.09.2011

Əliyev İranı “vəhşi heyvan”a bənzədib

«WikiLeaks»dən Azərbaycan rəhbərinə növbəti «atəş»
“WikiLeaks” saytında ABŞ-ın ölkəmizdəki səfiri olmuş Enn Dersinin 2007-ci il fevralın 21-də Vaşinqtona ünvanladığı məxfi teleqramı yayılıb. Sənəddə Azərbaycan rəhbəri Ilham Əliyevin Ümumdünya Iqtisadi Forumunun keçirildiyi Isveçrədə Israilin xarici işlər naziri Tsipi Livni ilə görüşünün pərdəarxası məqamları öz əksini tapıb.

ABŞ diplomatı yazır ki, Ilham Əliyev Israilin Azərbaycandakı səfiri Artur Lenklə görüşündə Isveçrədə Tsipi Livni ilə danışıqları zamanı Iranla bağlı ifadə etdiyi mövqeni açıqlayıb. Əliyev bildirib ki, Cenevrədə israilli nazirə Iranın region, eləcə də bütün dünya üçün ciddi təhlükə yaratdığını deyib. Azərbaycanın dövlət başçısı Iranın nüvə fəaliyyətinə qarşı beynəlxalq birliyin atdığı addımların güclü təsir göstərməyəcəyini də nazirin diqqətinə çatdırıb.
“Əliyev Livninin nəzərinə çatdırıb ki, Iran çox ciddi təhlükə mənbəyidir. Heç bir təzyiq Iranı öz niyyətindən daşındırmağa kifayət etməyəcək. Çünki Iran özünü ”küncə sıxılmış vəhşi heyvan” kimi aparır. Ilham Əliyev əlavə edib ki, ABŞ-ın təzyiqlərinin Irana heç bir təsiri olmayacaq”, - deyə Vaşinqtona göndərilən məxfi teleqramda qeyd olunub.

Hiç yorum yok:

Yorum Gönder