belgeler etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
belgeler etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

16.12.2010

WikiLeaks Azərbaycan və BP əlaqələrindən yazır

Wikileaks: Azərbaycan BP-ni qışda qaz qıt olanda onu “yumşaq şantaj etməkdə” suçlayır

Prezident İlham Əliyev Səfirlə görüşündə düşünərək əlavə edib ki, “biz Türkiyəyə qaz təchizatını kəsə bilərdik, əgər lazım gəlsəydi.”

5 dekabr, 2006-cı il, 15:44

Səfir Anne E.Derse tərəfindən məxfiləşdirilib

2. Giriş: Prezident Əliyev dekabrın 5-də Səfirə (teleqram boyu işlənmiş Səfir ifadəsi - Anne Derse nəzərdə tutulur -red.) dedi ki, dekabrın 8-də Tbilisidə enerji nazirlərinin üçtərəfli görüşündən gözləntisi budur ki, Türkiyənin Gürcüstana qışda qaz verib-verməyəcəyinə aydınlıq gətirilsin.” Onun sözlərinə görə, Azərbaycan dekabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə, üstəgəl BP və Statoil-un görüşünü təşkil edəcək. Əliyev BP-ni kommersiya məsələlərini mövcud qaz problemlərinə bağlamaqda suçlayıb. Prezident deyib ki, Rusiya Baş Naziri Fradkovun Bakıya səfəri zamanı Azərbaycanın Rusiya ilə qaz danışıqlarında heç nə dəyişməyib. Girişin sonu.
3. Dekabrın 5-də Səfir Prezident Əliyevlə görüşüb, enerji və mətbuat azadlığı məsələlərini müzakirə edib.

13.12.2010

Birinci Ledinin ailəsi

WikiLeaks: Azərbaycanda kimin nəyi var?

27 yanvar, 2010, 13:10 

MƏXFİLƏŞDİRİLİB: Müvəqqəti işlər vəkili Donald Lu tərəfindən

1. Giriş. Bu teleqram Azərbaycanda həm siyasi, həm də iqtisadi baxımdan ən güclü ailələr barədə birincisidir. Bu girişdə biz birinci ledi Mehriban Əliyeva (Mehriban Paşayeva) və onun əmisi, Azərbaycanın ABŞ-da keçmiş səfiri, hazırda xarici işlər nazirinin müavini Hafiz Paşayev barədə danışırıq. Mehriban Əliyeva təkcə Prezidentin xanımı deyil, həm də parlament üzvüdür. XXXXXXXXX Paşayevlər ailəsinin digər üzvləri hökumətdə və akademiyada güclü mövqelər tutur, enerji sektorundan kənarda güclü biznes qrupları ilə əlaqələri var. Məlumatlara görə, Paşayevlər Bakının sürətlə genişlənən tikinti/daşınmaz əmlak bazarını idarə edir, maliyyə, telekommunikasiya sektorlarında sərmayələri var. Girişin sonu. 

9.12.2010

Kəmaləddin Heydərov bəlgələri (tam mətn)

Çərşənbə axşamı. 25 fevral 2010. 05:18

MƏXFİ SEKSİYA 01/04 BAKI

MÖVZU: AZƏRBAYCANDA KİMİN NƏYİ VAR. 2-Cİ DOSYE. FÖVQƏLADA HALLAR NAZİRİ. AĞ BALIQ KÜRÜSÜ VƏ MEYVƏ ŞİRƏSİ

MƏXFİLƏŞDİRİLİB: Müvəqqəti işlər vəkili Donald Lu tərəfindən

1. GİRİŞ: Bu depeşa siyasi və iqtisadi qüdrət nöqteyi-nəzərindən Azərbaycanın ən nüfuzlu ailələri haqda məlumatlar silsiləsindən ikincisidir. Bu gönədrişdə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və onun ailəsinin təsviri verilir.

8.12.2010

İrəvan silah ixracatçısı, Bakı isə idxalçısı kimi

“WikiLeaks” internet-resursunun açıqladığı ABŞ Dövlət Departamentinin amerikalı diplomatlarla yazışmalarına əsasən, münaqişə vəziyyətində olan İrəvan və Bakı silahlanma bazarında müxtəlif yanaşmalar nümayiş etdirir. Burada Ermənistan satıcı və ya təkrar ixracatçı, Azərbaycan isə idxalçı qismində göstərilir. 
“The Guardian”ın “WikiLeaks”in materiallarına istinadən yazdığına görə, xüsusilə, ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays Ermənistanda akkreditə olunmuş diplomatlara tapşırıb ki, Bolqarıstandan silah gətirilməsi ilə bağlı etirazlarını bildirsinlər. Bu silahlar sonradan Ermənistan tərəfindən İrana satılıb, İraqda isə ABŞ Silahlı Qüvvələrinə qarşı istifadə olunub. 

4.12.2010

WikiLeaks Kəmaləddin Heydərov haqqında

Dekabrın 3-də axşam ABŞ-ın Bakıdakı səfirinin müavini Donald Lu Azərbaycan haqqında növbəti məxfi məlumatı açıqlayıb. Bu dəfə diplomat Dövlət Departamentinə müraciətində oliqarxlardan biri, FHN rəhbəri Kəmaləddin Heydərovdan bəhs edir. Sənəd 2010-cu il fevralın 24-də göndərilib. 
     Məktubun xülasəsində deyilir ki, iqtisadi və siyasi qüvvələr baxımından Heydərovlar ailəsi Azərbaycanda Paşayevlər ailəsindən sonra ikinci ailədir. 
     Heydərov əvvəllər Dövlət Gömrük Komitəsinin (Azərbaycanda korrupsiyaya uğramış qurumlardan biri) sədri olub. 
     Heydərovlar ailəsi meyvə şirələrinin istehsalından tutmuş daşınmaz əmlakın idarə olunmasına kimi nəhəng işgüzar imperiyaya nəzarət edir. 

2.12.2010

İlham Əliyev haqqında: zahirən Maykl, daxilən Sonni Korleonedir

Ötən axşam Wikileaks saytı Amerika diplomatiyasının Azərbaycana dair üç yeni məxfi sənədini açıqlayıb.
     Sənədlərin birində Bakıda səfir vəzifəsini icra edən Donald Lu prezident İlham Əliyevi xarakterizə edərək onu Maykl və Sonni Korleone (“Xaç atası” romanındakı mafiozlar) qardaşları ilə müqayisə edib.
     İlham Əliyevin fəaliyyətini təhlil edən diplomat qeyd edir ki, o, xarici və daxili siyasətdə tamamilə müxtəlif yanaşmalardan istifadə edir. Belə ki, xaricdən Qərblə inteqrasiya tərəfə addımlar atır, daxili siyasətdə isə addımlar daha avtoritar olur. Yanaşmalardakı bu cür ziddiyyətlər bəzilərinə Əliyevi Maykl və Sonni Korleone ilə müqayisə etməyə imkan verir.
     Hər yerdə mövcud olan Heydər Əliyev isə Azərbaycan üçün Vito Korleonedir (mafioz klanın atası). Sənədin bölmələrinin başlıqları “Xaş atası”dakı frazalardan götürülüb.

30.11.2010

Azərbaycanla bağlı 1569 sənəd yayılacaq

Dünyaca məşhur alman Spiegel jurnalının Wikileaks aid hazırladığı xəritəyə əsasən Azərbaycana aid 1569 bəlgə hələ açıqlanmayıb. Wikileaks-ın öz saytına əsasən isə ümumilikdə Azərbaycana aid 2036 bəlgə sənədi mövcuddur. Belə ki, sənədlərin 9-u çox gizli (Secret), 23-ü Məxfi sənədlər (Confidential) 10-u bəlli olmayan (Unclassified) bəglələrdən ibarətdir. Bildiyiniz kimi Azərbaycana aid olan bəlgələrin çox az qismi 2 gün öncə yayımlanmışdı. Wikileaks bildirdiyi məlumata əsasən gələcək bəlgələrdə video, audio və fotolar da öz əksini tapacaq.

28.11.2010

İlham Əliyevin xanımı və İran seçkiləri

İlham Əliyev: "İrandakı seçkilər saxtalaşdırılıb!"

Prezident İlham Əliyev bildirib ki, Statoil İranı bizdən çox dəstəkləyir. İlham Əliyev İrana qarşı beynəlxalq təzyiqlərin birgə artırılmasını vurğulayır. Əliyev İranla əlaqələrini "gərgin və uğursuz" olaraq vurğulayıb. Həmçinin İranın Azərbaycana qarşı siyasi təxribatlarını da qeyd edir (Naxçıvandakı Aşura günlərini maddi dəstəkləmək, Xəzərin statusundakı dolanbac, Səhər TV-dəki hadisə və Bakıdakı qanlı dini hadisələri dəstəkləmək). 


İlham Əliyevin Türkiyəyə münasibəti


İlham Əliyev: "Türkiyənin enerji mərkəzi olmasını istəmədik!"

Bəlgədə İlham Əliyevin Amerikalı nümayəndəyə Rusiyaya qaz sarma sazişinin detallarını açıqlaması oldu. Bəlgəyə əsasən İlham Əliyev bu sazişin "Türk dostlarına" enerji mərkəzinin yaradılmasına izn verilməyəcəyini göstərmək üçün edildiyini ifadə edib. Yenə eyni bəlgəyə görə Əliyev Ərdoğan hökümətindən xoşu gəlmədiyini bəyan edib.


Azərbaycanla əlaqədar ilk bəlgələr

İlham Əliyev: "İki qoçun başı bir qazanda qaynamaz!"

25 Fevral 2010 tarixli bəlgədə Azərbaycandan bəhs edilir. Bəlgədə İlham Əliyevlə ABŞ Xarici işlər naziri köməkçisi Bill Burns ilə görüşündən məlumatlara yer verilib. Bu bəlgədə isə Əliyevin Rusiya prezidenti Dmitri Medvedyev və Baş Nazir Vladimir Putin arasındakı münasibətdən söz açarkən "qaba küçə danışığı"ndan istifadə edildiyi qeyd olunur. Bəlgədə Əliyevin Putinlə Medvedyev arasında bir çəkişmə olduğunu hiss etdiyini vurğularkən, qaba olaraq "İki qoçun başı bir qazanda qaynamaz" deyərək qeyd edib.