25 Fevral 2010 tarixli bəlgədə Azərbaycandan bəhs edilir. Bəlgədə İlham Əliyevlə ABŞ Xarici işlər naziri köməkçisi Bill Burns ilə görüşündən məlumatlara yer verilib. Bu bəlgədə isə Əliyevin Rusiya prezidenti Dmitri Medvedyev və Baş Nazir Vladimir Putin arasındakı münasibətdən söz açarkən "qaba küçə danışığı"ndan istifadə edildiyi qeyd olunur. Bəlgədə Əliyevin Putinlə Medvedyev arasında bir çəkişmə olduğunu hiss etdiyini vurğularkən, qaba olaraq "İki qoçun başı bir qazanda qaynamaz" deyərək qeyd edib.
Əliyevin Türkiyə ilə Ermənistan arasındakı yaxınlıqdan bəhs edərkən də həmin danışıq tərzindən istifadə olunduğu vurğulanır.
Bəlgədə qey olunur ki, Ermənilərin 24 aprel xatirə günü Domokl qılıncı kimi həm Qarabağ probleminin həlli, həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin başının üstündə asılıb. O bildirir ki, Aprel məsələsi həll olunsaydı Türkiyə və Ermənistan üçün Qarabağ probleminin də həlli asanlaşardı. O imkandan istifadə edib ABŞ hökumətinə təzyiq etdi ki, Yerevanı Qarabağla əlaqədar razılığa gəlməyə sövq etsin və bildirdi: “Hazırda biz əvvəlkindən də çevik olmağa çalışırıq”

İlham Əliyev: "Dağlıq Qarabağ mövzusunda mülayim davranacağam!"
Əliyev Türkiyə Ermənistan əlaqələrinin normallaşma prosesinin Dağlıq Qarabağ mövzusunda müsbət addım atılması üçün Aprel ayından sonra həll olunması məsləhətini verib. İlham Əliyev Qarabağ mövzusunda daha da mülayim davranacağını söyləyib amma ABŞ-dan Ermənistan üzərində təzyiqi artırmağı istəyib.
Görüşdə Burns ABŞ-ın Türkiyə İlə Ermənistan arasındakı normallaşma prosesinin Yeravan ilə Dağlıq Qarabağ mövzusunda daha mülayim hərəkət etməsini təmin edəcək siyasi bir zəmin yaradacağını düşündüyünü söylədi.
Nabuccoya ehtiyacınız varmı?
Toplantıda enerji mövzusu da ələ alınıb. Əliyev "Əgər Türkiyənin normal münasibət sərgiləsə qaz keçid sazişinin imzalana biləcəyini ifadə edib. Əliyevin bəhs etdiyi saziş İyun ayında imzalandı. Bəlgədə Əliyev Türkiyə Enerji naziri Taner Yıldızın qısa zaman öncə Azərbaycan dövlət neft şitkəti rəhbəri Rövnəq Abdullayevə "Bizim Rusiya ilə münasibətlərimizi niyə pozmaq istəyirsiniz? Nabukkoya həqiqətən ehtiyacınız varmı?" dediyini də söyləyib.

Hiç yorum yok:
Yorum Gönder